четверг, 17 ноября 2011 г.

ПИРСОН


Qohum funksiyalar:



SİNTAKSİS:

    ПИРСОН(массив1;массив2)

Nəticə:

  Cüt xətti reqressiya üçün Pirson korrelyasiya əmsalını  
    hesablayır (КОРРЕЛ funksiyasına analoji olaraq).

Arqumentlər:

  • arqumentlər ədədlər və ya ədədləri ehtiva edən massivlər olmalıdır;
  • əgər massiv və ya istinaddan ibarət olan arqument mətnləri, məntiqi qiymətləri və ya boş oyuqları ehtiva edirsə, onda bu cür qiymətlər nəzərə alınmır, lakin sıfır qiymətli oyuqlar nəzərə alınır;
  • массив1 və ya массив2 arqumenti boşdursa və ya onlar müxtəlif sayda verilənlərdən ibarətdirlərsə, onda ПИРСОН funksiyası özünün yazldığı oyuğa #Н/Д səhvinin qiymətini yerləşdirir.

Qeydlər:

  • arqumentlər ədədlərdən və ya ədədləri ehtiva edən massivlərdən ibarət olmalıdır;
  • əgər massiv arqumenti mətn, məntiqi qiymətləri və boş oyuqları ehtiva edirsə, onda belə qiymətlər nəzərə alınmır, sıfır qiymətli oyuqlar isə nəzərə alınır;
  • əgər массив1 массив2 arqumentlərində verilənlərin sayı müxtəlifdirsə, onda КОРРЕЛ funksiyası özünün yazıldığı oyuğa #Н/Д səhvinin qiymətini yerləşdirir;
  • əgər массив1 və ya массив2 arqumenti boşdursa, onda КОРРЕЛ funksiyası özünün yazıldığı oyuğa #ДЕЛ/0! səhvinin qiymətini yerləşdirir.

Riyazi-statistik interpretasiya:

ПИРСОН funksiyası da КОРРЕЛ funksiyası kimi iki çoxluq arasında xətti korrelyasiya əmsalının qiymətini hesablayır. Xətti korrelyasiya əmsalı ilə reqressiya əmsalı arasında

 
düsturu ilə verilən müəyyən asılılıq mövcuddur,

           burada   а1 – reqressiya tənliyində faktor əlaməti 
                                qarşısındakı əmsal;

                         σФ faktor əlamətin standart meyli;

                         σy – nəticəvi əlamətin standart meylidir.



Misal

Eyni tipli kommersiya strukturlarının  maliyyə aktivliyi haqqında aşağıdakı seçmə verilənlər əsasında onların Y gəlirləri (milyon manat) və X istesal xərcləri (bir manata düşən) arasında əlaqənin sıxlığını təyin etməli.

X
96
77
77
89
82
81
Y
221
1070
1001
606
779
789



Həlli

Praktikada xətti korrelyasiya əmsalını hesablamaq üçün müxtəlif düsturlardan istifadə edirlər. Bunlardan ən əlverişlisi aşağıdakı düsturdur:




Veilənləri bu düsturda yerinə yazsaq alarıq: rxy = -0,984.

İndi də bu məsələni ПИРСОН funksiyasının köməyi ilə həll edək.

1.    Verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
G
1
X
96
77
77
89
82
81
2
Y
221
1070
1001
606
779
789

2.    Nəticənin yazılacağı $A$4 xanasını seçək.

3.    Мастер функций dialoq pəncərəsinin Статистические  кateqoriyasından ПИРСОН funksiyasını seçək. Bu zaman ПИРСОН funksiyasının dialoq pəncərəsi əmələ gələcək.

4.     Массив1  sahəsinə verilənləri daxil etmək üçün EXCEL-də verilənlərin olduğu işçi vərəqinə keçib  mausla (B1:G1) oyuqlar diapazonunu qeyd edək.

5.    Массив2 sahəsinə keçib  mausla (B2:G2) oyuqlar diapazonunu qeyd edək. OK knopkasını basmaqla $A$4  xanasında hesablamanın nəticəsi olan  -0,984 qiymətini alırıq.

Qeyd. EXCEL 2007-də bu funksiya yoxdur.